Malinin Müdafiə Naziri Sadio Camaranın həyatını itirdiyi iddia edilib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Malidə Müdafiə Naziri Sadio Camaraya başkent Bamakodan təxminən 15 kilometrlik məsafədə yerləşən strateji Kati kəndindəki evinə silahlı hücum təşkil edilib.
İlkin məlumatlara görə, terror təşkilatı Əl-Qaidə ilə əlaqəli "Cemaat Nüsrət ul-İslam və əl-Müslimin" (JNIM) adlı qrup və "Tuareg" üsyançıları dünən axşam Camaranın bir hərbi baza yaxınlığında yerləşən evinə hücum edib. Hücumda Müdafiə Naziri Camara və onun ikinci həyat yoldaşının həyatını itirdiyi iddia edilib. Camaranın yaxın qohumunun jurnalistlərə verdiyi açıqlamada nazirin həyatını itirdiyini bildirib.