Lunaparkda qorxulu hadisə - Attraksion qırıldı

12:52 - 27 Aprel 2026

Lunaparkda qorxulu hadisə - Attraksion qırıldı

İspaniyada əyləncə parkında baş verən nasazlıq faciəvi hadisəyə səbəb olmadan son anda qarşısı alınıb.



Manset.az xarici mediaya istinadən xəbər verir ki, hadisə ölkənin Seviya şəhərində baş verib.


Əyləncə parkında yerləşən atraksionda birdən-birə nasazlıq yaşanıb. Kabini daşıyan kabeldən biri təxminən 90 metr hündürlükdə qopub. O anları müşahidə edən vətəndaşlar böyük bir panik yaşayıb, qorxulu anlar baş verib.


Qopmuş kabel səbəbindən kabin dəfələrlə metal hissələrə çırpılaraq uçub. Hadisə yerinə təcili yardım komandaları göndərilib.


Kabin içində sıxışan şəxslər qrupların müdaxiləsi ilə xilas edilib. Hadisədə 4 nəfərin yaralandığı, lakin həyatlarını təhdid edən vəziyyətlərinin olmadığı açıqlanıb.


Polis hadisə ilə bağlı araşdırma başladıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az