Tramp hücum anından danışdı - Həmin vaxt nələr baş verib?

14:59 - 27 Aprel 2026

Tramp hücum anından danışdı - Həmin vaxt nələr baş verib?

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda Ağ Saray Mətbuat Katibləri Assosiasiyasının yeməyində baş verən sui-qəsd cəhdi nəticəsində hücumu təşkil edən şəxsi "bacarıqsız" olaraq xarakterizə edib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, hücum anında nə baş verdiyinə dair məlumat verən Tramp həyat yoldaşı Melania Tramp da daxil olmaqla hər kəsin panikaya düşdüyünü bildirib.

Ağ Saray Mətbuat Katibləri Assosiasiyasının yeməyinə təşkil edilən hücuma toxunan Tramp, "Mənim hədəf olub-olmadığımı bilmirəm, amma belə görünür. Görünür ki, hücum edən şəxs radikallaşmış biri imiş. O, xristian olub, dindar biri olub, sonra isə xristianlığa qarşı çıxıb və çox dəyişikliklər yaşayıb. Yazdıqlarına görə, çox çətin şeylər keçirib. Qardaşı ondan polisə şikayət edib. Bacısı da eyni şəkildə ondan şikayət edib. Ailəsi çox narahat olub. O, ehtimal ki, olduqca xəstə birisi idi", - deyə fikirlərini bildirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az