1960-cı illərə damğa vuran "The Ronettes" qrupunun həyatda qalan son üzvü Nedra Talley Ross vəfat edib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, o, 80 yaşında dünyasını dəyişib.
Kədərli xəbəri sosial media hesabı üzərindən paylaşan qızı Nedra K. Ross, "Anamız Nedra Talley Ross bu səhər saat 08:30-da sonsuzluğa qovuşub. Öz evində, öz yatağında, ailəsinin yanında və sevildiyini bilərək dünyaya vida etdi. Tanrıya şükürlər olsun" - mesajını yazıb.