İran Məclisi Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sözçüsü İbrahim Rızai, Tehran ilə Vaşinqton arasındakı danışıqlara dair açıqlamalar verib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Rızai açıqlamasında, "Əgər ABŞ ağıllı hərəkət etmək istəyirsə, İranın danışıqlardakı şərtlərini qəbul etməkdən başqa seçimi yoxdur" - deyib.
Rızai region ölkələri və neft alıcılarının keçid marşrutlarının bağlanması səbəbindən ABŞ-yə təzyiq etdiklərini bildirərək, bu ölkələrin Hörmüz boğazının yenidən açılması üçün Vaşinqtondan lazımi şərtlərin yaradılmasını tələb etdiklərini söyləyib.