Türkiyənin məşhur ət restoranı sahibi Nusret Gökçənin qardaşı Özgür Gökçə uşaqların fahişəliyinə vasitəçilik etmək ittihamı ilə həbs edilib.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, məlumata görə, Küçükçekmece Baş Prokurorluğunun əmri ilə fahişəliklə mübarizə əməliyyatı keçirilib. İkinci dalğada Özgür Gökçə daxil olmaqla yeddi şəxs həbs olunub, altı nəfər isə məhkəmə nəzarəti ilə azadlığa buraxılıb.
Özgür Gökçənin isə 10 gün əvvəl həbs olunduğu məlum olub.
Qeyd edək ki, Özgür Gökçə İstanbul Baş Prokurorluğunun apardığı narkotik və fahişəlik araşdırmasında 12 aprel tarixində saxlanılmışdı. Gökçənin qadın və kişiləri tanış edərək maddi qazanc əldə etdiyi iddia edilmişdi. Lakin Gökçə, bu ittihamları təkzib edərək sərbəst buraxılmışdı.