Nigeriyanın Katsina vilayətində silahlı hücum baş verib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, silahlı hücumda 11 nəfər həlak olub, 2 nəfər isə yaralanıb.
Hücum Nigeriyanın şimal-qərbində yerləşən Katsina vilayətinin Gurbi kəndində törədilib. Sadiq-Aliyu bildirib ki, hadisə yerinə təhlükəsizlik qüvvələri göndərilib və hücumla bağlı araşdırma başlanılıb.