Türkiyəli tanınmış cütlük boşandı - Özləri açıqladı

14:34 - 28 Aprel 2026

Türkiyəli tanınmış cütlük boşandı - Özləri açıqladı

Bir müddətdir ayrılıq xəbərləri ilə gündəmdə olan türkiyəli tanınmış aktrisa Pelin Karahan və Bedri Güntay rəsmən boşanıblar. 



Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, cütlük 12 illik evliliklərini başa vurublar. Razılaşma əsasında elə ilk cəhddə boşanan cütlük ayrılıqdan sonra birgə açıqlama veriblər:


"Bu gündən etibarən evliliyimizi, qarşılıqlı sevgi və hörmət çərçivəsində razılaşma əsasında sona çatdırmışıq.

Bundan sonrakı dövrdə də iki uşağımızın valideynləri olaraq ortaq məsuliyyətimiz və bir-birimizə duyduğumuz hörmət davam edəcək. Uşaqlarımızın ən yaxşı maraqlarının qorunması və inkişaf proseslərinin mənfi təsirlənməməsi məqsədilə mətbuat nümayəndələrinin və ictimaiyyətin ailə həyatımızın gizliliyinə lazımi həssasiyyəti göstərməsini ciddi şəkildə xahiş edirik.

Bu mövzu ilə əlaqədar edəcəyimiz yeganə və son açıqlama bu mətn olacaqdır.

Hörmətlə...

Bedri Güntay - Pelin Karahan".


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az