Türkiyə Sağlamlıq Nazirliyi Türkiyədə Hepatit A vaksinin istehsal olduğu ilə bağlı məlumat yayıb.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, nazirlik yerli vaksin istehsal qabiliyyətini artırma çalışmalarının bir hissəsi olaraq Hepatit A vaksininin formulasiya və doldurma mərhələlərinin ilk dəfə Türkiyədə həyata keçirildiyini və bütün vilayətlərdə istifadəyə təqdim edildiyini açıqlayıb.
Nazirlikdən verilən "Dünya Vaksin Həftəsi" ilə əlaqədar açıqlamaya görə, vaksinlər fərdlərin immunitet qazanmalarını təmin edərək yoluxucu xəstəliklərin qarşısının alınmasında mühüm rol oynayır.