Rusiyada inşa edilmək üzrə olan binada yanğın baş verib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, yanğın nəticəsində 8 nəfərin həyatını itirdiyi bildirilir.
Rusiya İstintaq Komitəsindən verilən açıqlamada Moskvanın şimalında inşa edilən bir binada yanğın olduğu qeyd edilib.
Binanı tikən şirkətin işçilərinin sorğuya alındığı bildirilib.