Türkiyənin Bursa şəhərində azyaşlı atası tərəfindən qaçırılaraq 7 il boyu xaraba bir evdə saxlanılıb.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, illərdir atası tərəfindən bir evdə saxlanılan 8 yaşlı Nazar S. polis əməliyyatı ilə xilas edildikdən sonra anasına təhvil verilib.
Alman vətəndaşı olan Rebecca S.-nin oğlu olduğu aparılan DNA testi ilə 99,99% dəqiqliklə təsdiqlənib. Ailə və Sosial Xidmətlər İdarəsinin nəzarətindəki prosesdə məhkəmə Nazarın himayəsini anasına verdi və onun Almaniyaya geri göndərilməsinə qərar verib.
Nazar anası ilə görüşdükdən sonra ilk dəfə 6 yaşlı bacısı Emilia Zafira ilə tanış olub. İki bacının bir araya gəldiyi anlarda duyğusal anlar yaşanıb, qısa müddət ərzində yaxın münasibət qurduqları qeyd edilib.
Kiçik qızın bütün prosedurların tamamlanmasının ardından anası ilə birlikdə Almaniyaya getməsi gözlənilir.