İranın cümə gününə qədər ABŞ-yə yeni bir sülh təklifi təqdim edə biləcəyi iddia edilib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Ağ Ev Tehran tərəfindən irəli sürülən ilk yazılı təklifi nüvə ehtiyatı və uran zənginləşdirmə məsələlərini kənarda qoyduğu üçün rədd edib. Tramp administrasiyası isə Hörmüz boğazındakı dəniz blokadasını İranı yenidən danışıqlar masasına çəkmək üçün ən təsirli təzyiq vasitəsi olaraq görür.
İranın ABŞ ilə yaşadığı gərginliyi sona çatdırmaq üçün yeni bir sülh təklifi hazırladığı iddia edilib. ABŞ mətbuatında yayılan xəbərlərə görə, Tehran rəhbərliyinin yenilənmiş təklifini cümə gününə qədər Vaşinqtonla paylaşması gözlənilir. Yeni təklifin əvvəlki təklifdən daha geniş miqyaslı olub-olmayacağı hələ də aydınlaşmayıb.