Türkiyənin Mersin ərazisində kütləvi dava baş verib.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, dava nəticəsində 1 nəfər həyatını itirib, 1 nəfər yaralanıb.
Hadisə Akdeniz rayonunun Nacarlı Sənaye Zonasında baş verib. İddiaya görə, iki qrup arasında yaranan mübahisə dava ilə nəticələnib.
Dava zamanı 49 yaşlı Murat Güven və yanında olan şəxsin üzərinə avtomobil sürülüb. Ciddi şəkildə yaralanan Murat Güven xəstəxanaya aparıldıqdan sonra həyatını itirib.