Şimali Koreya liderindən gözlənilməz ETİRAF

23:33 - 30 Aprel 2026

Şimali Koreya liderindən gözlənilməz ETİRAF

Kim Çen In Şimali Koreya hərbçilərinin Rusiya–Ukrayna müharibəsi çərçivəsində Rusiya tərəfində həyata keçirdiyi fəaliyyətlərlə bağlı diqqətçəkən açıqlamalar verib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Kim cəbhəyə göndərilən əsgərləri “qəhrəmanlar” adlandırıb.

Paytaxt Pxenyanda həlak olan hərbçilər üçün təşkil edilən anım mərasimində çıxış edən Kim Çen In bildirib ki, bəzi əsgərlər Ukrayna ordusuna əsir düşməmək üçün özlərini əl qumbarası ilə partladıb. O, bu faktı ilk dəfə açıqladığını qeyd edib.

Kim deyib: “Şərəfini qorumaq naminə özünü fəda edən əsgərlərimiz qəhrəmandır. Təkcə özünü partladanlar deyil, həm də ön cəbhədə vuruşanlar qəhrəmandır”.

Şimali Koreyanın hərbi texnologiya və iqtisadi dəstək müqabilində Rusiyaya hərbçi göndərdiyi iddiaları uzun müddətdir gündəmdədir. Cənubi Koreya kəşfiyyatının məlumatına görə, təxminən 14 min Şimali Koreya hərbçisi Rusiyanın Kursk vilayətində yerləşdirilib və onların azı 6 mininin həlak olduğu iddia edilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az