ABŞ-yə məxsus hərbi gəmi yandı

00:30 - 01 May 2026

ABŞ-yə məxsus hərbi gəmi yandı

ABŞ-nin Hind-Sakit okean komandanlığının zonasında "USS Higgins" esminesinin göyərtəsində yanğın baş verib, xəsarət alanlar barədə məlumat daxil olmayıb.


Manset.az xəbər verir ki, bu barədə "CBS News" telekanalı mənbələrə istinadən məlumat yayıb.

Yanğının səbəbləri və zədənin miqyası barədə təfərrüat məlum deyil.

"Marinetraffic" gəmi izləmə xidmətinin məlumatına görə, fevral ayında esmines Sinqapur limanında olub. "USS Higgins" ABŞ Hərbi Dəniz Qüvvələrinin Asiyada mövcudluğunu təmin etmək üçün dayaq hərbi gəmisidir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az