“Rus sərhədçilər erməni sərhədçilərlə əvəz ediləcək” - Paşinyan

08:00 - 01 May 2026

“Rus sərhədçilər erməni sərhədçilərlə əvəz ediləcək” - Paşinyan

Ermənistan sərhədçiləri hazırda Ermənistanın İran və Türkiyə ilə sərhədini qoruyan Rusiya sərhədçilərini əvəz edəcəklər.


Manset.az Ria Novosti-yə istinadla xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan məlumat verib.

Paşinyan qeyd edib ki, Ermənistan tərəfi Rusiya sərhədçilərinə göstərdikləri xidmətə görə pul öyrəyir. Rusiya tərəfi bu xidmətlərin qiymətinin artırılması məsələsini qaldırıb. Yerevan isə artan vəsaitin öz sərhəd təhlükəsizliyi imkanlarının inkişafına xərclənməsinin vacibliyi qənaətinə gəlib.

"Tədricən, resurslarımız artdıqca, biz sərhədin daha çox hissəsinə nəzarəti öz üzərimizə götürə bilərik. 1990-cı illərin əvvəllərində imzalanmış müqavilə də məhz Ermənistanın vaxt keçdikcə öz sərhədlərini müstəqil qorumaq imkanlarını artırmasını nəzərdə tutur", - deyə erməni nazir bildirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az