ABŞ-nin İrana hücumlarının real dəyərinin 50 milyard dollar olduğu iddia edilir
Manset.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ-nin İrana qarşı həyata keçirdiyi hücumların maliyyəti ilə bağlı açıqlanan rəqəmlərin reallığı əks etdirmədiyi irəli sürülüb. ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) rəsmiləri əməliyyatın dəyərini 25 milyard dollar olaraq göstərsə də, əslində, bu məbləğin 50 milyard dollara yaxın olduğu iddia olunur.
Məlumata görə, ABŞ-nin İrana hücumlarının maliyyəti ictimaiyyətə təqdim olunan rəqəmdən təxminən iki dəfə çoxdur.