Türkiyə Xarici işlər naziri Hakan Fidan iranlı həmkarı ilə telefon danışığı aparıb.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, Xarici işlər naziri Hakan Fidan İranın Xarici işlər naziri Abbas Əraqçi ilə telefon vasitəsilə əlaqə saxlayıb.
Danışıq zamanı İran ilə ABŞ arasında aparılan danışıqlar prosesindəki son vəziyyət müzakirə olunub.