Epstein qalmaqalında 7 illik sirr açıldı

17:28 - 01 May 2026

Epstein qalmaqalında 7 illik sirr açıldı

Pedofil milyarder Jeffrey Epsteinin ölümündən bir neçə həftə əvvəl yazdığı və "vidalaşma" ifadələri ehtiva edən məktubun illərdir məhkəmə sənədində gizli saxlandığı iddia edilib.



Manset.az xarici mediaya istinadən xəbər verir ki, sənədlərin üzə çıxması milyarderin ölümü və həbsxana dövrünə dair müzakirələri yenidən qızışdırıb. 


"The New York Times" tərəfindən ortaya atılan iddiaya görə, həmin məktub Nyu-Yorkdakı bir məhkəmə sənədində möhürlənmiş şəkildə qorunur.


Epsteinin həbsxana yoldaşı Nicholas Tartaglione milyarderin ilk intihar cəhdindən sonra hücrədə bir məktub tapdığını iddia edib.


Məktubda bu ifadələr yer alırdı: "Nə etməyimi istəyirsiniz, ağlayıb sızlayım mı? Vidalaşma zamanıdır."


Həmin sənəd, Tartaglionenin öz işinin bir hissəsi olaraq bir federal hakim tərəfindən möhürlənib və o vaxtdan bəri ictimaiyyətə açıqlanmayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az