Tramp gömrük rüsumlarını qaldırır

22:31 - 01 May 2026

Tramp gömrük rüsumlarını qaldırır

ABŞ Prezidenti Donald Tramp gələn həftədən gömrük rüsumlarını qaldıracağını deyib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, gələn həftədən etibarən Avropa İttifaqı ölkələrindən ABŞ-yə idxal olunan avtomobil və yük maşınlarına tətbiq edilən gömrük rüsumları 25 faizə qaldırılacaq.

Tramp məsələ ilə bağlı "Truth Social" hesabında açıqlama yayıb.

Avropa İttifaqının tam razılaşdırılmış ticarət sazişinə əməl etmədiyini iddia edən Tramp qeyd edib ki, ABŞ-nin idxal etdiyi Aİ mənşəli avtomobil və yük maşınlarına tətbiq olunan rüsumlar gələn həftə artırılacaq.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az