Netanyahu xərçəng xəstəliyi keçirdiyini belə açıqladı

22:44 - 01 May 2026

Netanyahu xərçəng xəstəliyi keçirdiyini belə açıqladı

İsrailin Baş naziri Binyamin Netanyahu prostat xərçəngindən sağaltdığını açıqlamasından bir həftə sonra idman zalından video paylaşıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Netanyahu "TikTok"dakı rəsmi hesabında sağlam olduğunu göstərmək məqsədilə səhər idmanı etdiyi və səhər yeməyi hazırladığı anların görüntülərini yayımlayıb.

Yaşının irəliləməsi səbəbindən son illərdə müxtəlif sağlamlıq problemləri yaşayan Netanyahu demək olar ki, hər səhər idman zalında məşq etdiyini bildirib.

Qeyd edək ki, İsrailin Baş naziri təxminən bir il yarım əvvəl keçirdiyi prostat əməliyyatından sonra aparılan planlı müayinələr zamanı şiş aşkar edildiyini açıqlamışdı.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az