Tayvanda zəlzələ baş verib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, zəlzələ 6,1 bal gücündə olub.
Məlumata görə, zəlzələnin episentri ölkənin şimalında yerləşən Yilan vilayəti sahillərində qeydə alınıb.
Mərkəzi Meteorologiya Bürosu (CWA) tərəfindən yayılan açıqlamada bildirilib ki, episentr Yilan şəhər mərkəzindən 38,7 kilometr şimal-şərqdə yerləşib və yeraltı təkanlar 98,3 kilometr dərinlikdə qeydə alınıb.