İranın Zəncan vilayəti ərazisində ABŞ və İsrail tərəfindən həyata keçirilən hücumlar zamanı partlamayan sursatlar partlayıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində İnqilab Keşikçiləri Korpusunun 14 hərbçisi həlak olub.
Məlumata əsasən, Zəncan vilayətində ABŞ və İsrail hücumları zamanı partlamayan sursatlar axtarış və yoxlama işləri aparılarkən partlayıb.
Bölgədə davam etdirilən axtarış tədbirləri nəticəsində 15 mindən çox partlamamış sursat aşkar edilərək zərərsizləşdirilib.