Livanda ölənlərin sayı 2 mini keçdi

23:03 - 01 May 2026

Livanda ölənlərin sayı 2 mini keçdi

İsrailin Livana qarşı həyata keçirdiyi hücumlar atəşkəsə baxmayaraq davam edir.



Manset.az xarici mediaya istinadən xəbər verir ki, martın 2-dən etibarən təşkil olunan hücumlar nəticəsində ölənlərin sayı 32 nəfər artaraq 2 618-ə çatıb. Al Jazeeranin yaydığı məlumata görə, İsrail ordusu Cənubi Livanda bir monastırı və rahibələr məktəbini dağıdıb.

Livan Səhiyyə Nazirliyi İsrailin 2 martdan sonra həyata keçirdiyi hücumlarla bağlı ölən və yaralananların sayını açıqlayıb. Bildirilib ki, bu müddət ərzində İsrail hücumları nəticəsində həlak olanların sayı 2 618-ə, yaralananların sayı isə 8 094-ə yüksəlib.

Məlumatda qeyd olunub ki, hücumlar nəticəsində 16 xəstəxana zərər görüb, həyatını itirənlərdən 103-ü isə tibb işçiləridir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az