İran Hörmüz boğazı ilə bağlı qonşu ölkələrlə əməkdaşlıq edəcək

00:30 - 04 May 2026

İran Hörmüz boğazı ilə bağlı qonşu ölkələrlə əməkdaşlıq edəcək

"Tehran Hörmüz boğazı ilə bağlı addımlarını qonşu və sahilyanı ölkələrlə razılaşdırmağı planlaşdırır".


Manset.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirib.

Onun sözlərinə görə, İran xüsusilə Omanla əməkdaşlıq edərək Tehrana qarşı hər hansı hücumların qarşısını almağa yönəlmiş konkret tədbirlər görməyi planlaşdırır.

Nümayəndə əlavə edib ki, hazırda İran hökuməti əsas diqqətini ABŞ ilə müharibənin başa çatdırılmasına yönəldib.

O, həmçinin qeyd edib ki, Tehran ABŞ-yə müxtəlif istiqamətlərdə, o cümlədən Livanda hərbi əməliyyatların dayandırılması və Hörmüz boğazındakı vəziyyətin müzakirəsi ilə bağlı təkliflər təqdim edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az