2 uşaq şübhəli formada öldü - Valideynləri nəzarətə götürüldü

16:27 - 04 May 2026

2 uşaq şübhəli formada öldü - Valideynləri nəzarətə götürüldü

Türkiyənin Mersin şəhərinin Bozyazı rayonunda ürəkbulanma və qusma şikayəti ilə xəstəxanaya aparılan 2 uşaq həyatını itirib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, uşaqların ana və atası isə müalicəyə alınıb.

Tekmen kəndindəki evdə 33 yaşlı Ebru həyat yoldaşı 38 yaşlı Musa və uşaqları 8 yaşlı Azra ilə 5 yaşlı Ömer Selim Tülü hələ ki məlum olmayan səbəbdən haldan düşüblər.

Şikayət üzərinə hadisə yerinə 112 Təcili Tibbi Yardım və polis qüvvələri göndərilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az