Avropa Birliyi ABŞ-nin gömrük rüsumları yüksəltməsinə reaksiya verdi

17:06 - 04 May 2026

Avropa Birliyi ABŞ-nin gömrük rüsumları yüksəltməsinə reaksiya verdi

Avropa Birliyi (AB) ABŞ-nin Birlik mənşəli avtomobil və yük maşınlarına tətbiq etdiyi gömrük rüsumlarını 25%-ə yüksəltmə təhdidinə reaksiya verib.



Manset.az xarici mediaya istinadən xəbər verir ki, AB Komissiyasının sözçüsü Tomas Regnyer Brüsseldə keçirilən gündəlik mətbuat konfransında ABŞ hakimiyyətinin AB mənşəli avtomobil və yük maşınlarına tətbiq olunan gömrük rüsumlarını artıracağı ilə bağlı açıqlamasına münasibət bildirib.


"Bu təhdidləri ilk dəfə görmürük" -  deyən Regnyer vətəndaşlar və şirkətlər üçün AB ilə ABŞ arasında ortaq bəyannamənin həyata keçirilməsinə diqqət yetirdiklərini qeyd etdi.


Regnyer AB-nin ABŞ-yə qarşı verəcəyi mümkün cavab barədə təxminlər yürütməyəcəyini vurğulayaraq, "Bütün seçimlər masadadır dedikdə həqiqətən bütün seçimlər masadadır" - ifadəsini istifadə edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az