Avstriya Rusiyanın Vyanadakı Səfirliyində işləyən diplomatları ölkədən çıxarıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Avstriya Xarici İşlər Nazirliyi casusluq etdiyi iddiası ilə "istənməyən şəxs" elan edilən 3 Rusiya diplomatı ilə bağlı açıqlama verib.
Məlumata görə, açıqlamada Avstriyada yerləşən Rusiya diplomatik binalarındakı antenlərdən istifadə edərək casusluq etdiyi şübhəsi ilə Rusiyanın Vyanadakı Səfirliyində çalışan 3 diplomatın ölkədən çıxarıldığı qeyd edilib.