ABŞ-nin paytaxtı Vaşinqtonda Ağ Evə yaxın ərazidə silahlı şəxs polis tərəfindən atəşə tutulub.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ Gizli Xidməti rəsmisi bölgədə qısa müddətli həyəcan yaratmış hadisə ilə bağlı mətbuat konfransı keçirib. Rəsmi olaraq bildirib ki, "İndependence" prospekti ilə 15-ci küçənin kəsişməsində silahlı olduğu müəyyən edilən şəxs polis tərəfindən vurulub və xəstəxanaya çatdırılıb.
Rəsmi şəxs şübhəlinin vəziyyəti barədə açıqlama verməyib, lakin onun gənc biri olduğunu qeyd edib.