İsrail ordusunun 2 mart tarixindən etibarən Livana həyata keçirdiyi hücumlarda ölənlərin sayı açıqlanıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, qəza nəticəsində həlak olanların sayı 6 nəfər artaraq 2 min 702-yə çatıb.
Livan Səhiyyə Nazirliyinin verdiyi məlumatda yaralananların sayının isə 8 min 311-ə yüksəldiyi qeyd olunub.
Nazirlik bundan əvvəl yaydığı məlumatda 2 martdan bəri həyata keçirilən hücumlar zamanı 2 min 696 nəfərin öldüyünü bildirmişdi.