Rusiyanın paytaxtı Moskva şəhərində 5–9 may tarixlərində keçiriləcək Qələbə Günü tədbirləri ərəfəsində mobil internet və SMS xidmətləri dayandırılıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, şəhərdə mobil internet və SMS xidmətlərinə çıxış mümkün olmasa da, bəzi ərazilərdə kabel internetinin işləməyə davam etdiyi bildirilir.
Ölkənin telekommunikasiya şirkətləri bundan əvvəl abunəçilərinə göndərdikləri SMS bildirişlərində 9 may Qələbə Günü və onun ərəfəsində paytaxtda mobil rabitə xidmətlərində məhdudiyyətlərin tətbiq olunacağı barədə xəbərdarlıq etmişdilər.