Qazaxıstanın Öskemen şəhərində Kazzinc şirkətinə məxsus sink zavodunda partlayış baş verib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, partlayış nəticəsində 2 işçi həlak olub, 5 nəfər isə yaralanıb.
Ölkənin ən iri sink istehsalı komplekslərindən biri sayılan müəssisədə baş verən hadisə zamanı istehsalat sahəsində ciddi zərər yaranıb.
Qazaxıstan Fövqəladə Hallar Nazirliyi tərəfindən verilən məlumata görə, müəssisənin toz toplama qurğusunda yığılan qazın partlaması nəticəsində hadisə baş verib və bundan sonra yanğın qeydə alınıb.