Ermənistan Xarici İşlər Naziri Ararat Mirzoyan Türkiyə ilə münasibətlərlə bağlı açıqlama verib.
Manset.az-ın Türkiyə mediasına istinadən əldə etdiyi məlumata görə, o bildirib ki, Türkiyə ilə dialoqları mükəmməl səviyyədədir və iki ölkə arasında əməkdaşlıq üçün geniş imkanlar yaranıb.
Mirzoyan “Fırtınalardan Keçmək” mövzusunda keçirilən “Yerevan Dialoq 2026” Forumunda çıxış edərək Yerevan-Ankara münasibətlərini qiymətləndirib. O vurğulayıb ki, diplomatik əlaqələrin bərpası və sərhədin açılması istiqamətində hər iki tərəf maraq və iradə nümayiş etdirib.
Nazir həmçinin qeyd edib ki, hazırkı dialoq artıq müsbət nəticələr verəcək səviyyəyə çatıb.