logo
logo logo
logo

İslamabad razılaşmasının bəzi detalları açıqlandı

19:51 - 15 İyun 2026

İslamabad razılaşmasının bəzi detalları açıqlandı

ABŞ ilə İran arasında İslamabad razılaşmasının bəzi detalları açıqlanıb.


Manset.az xəbər verir ki, bu barədə Tasnim agentliyi məlumat yayıb.

"Razılaşmanın 13-cü bəndi bununla bağlıdır ki, memorandumun bəzi digər bəndləri icra olunmayana qədər yekun sənəd, yəni nüvə məsələsi ilə bağlı danışıqlar aparılmayacaq", - məlumatda bildirilib və əlavə olunub ki, danışıqların son gününə qədər 13-cü bənd 4, 5, 10 və 11-ci bəndləri əhatə edirdi.

Qeyd edilib ki, 4-cü bənd dəniz mühasirəsinin ləğvinə, 5-ci bənd Hörmüz boğazının yenidən açılmasına, 10-cu bənd İranın neft, neft-kimya məhsulları və onların törəmələrinin satışına sanksiyaların ləğvinə, 11-ci bənd İranın dondurulmuş aktivlərinin azad edilməsinə aiddir:

"Danışıqların son günündə baş verən mühüm hadisə o oldu ki, İranın səyləri nəticəsində 1-ci bənd də 13-cü bəndə əlavə edilib. Əgər İranda və ya müqavimət cəbhəsində, o cümlədən Livanda hər hansı hərbi əməliyyat baş verərsə, yekun razılaşma üçün heç bir danışıq aparılmayacaq və təbii olaraq razılaşmanın icrası (o cümlədən Hörmüz boğazının açılması) 13-cü maddəyə əsasən dayandırılacaq".


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az