İndoneziyada 6,7 bal gücündə zəlzələ baş verib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ Geoloji Xidməti (USGS) zəlzələnin episentrinin İndoneziyanın Palu şəhərindən 43 kilometr cənub-şərqdə yerləşdiyini açıqlayıb.
Məlumata görə, 6,7 bal gücündə olan yeraltı təkanlar 10 kilometr dərinlikdə qeydə alınıb.
Zəlzələ nəticəsində insan tələfatı və ya maddi ziyanla bağlı hələlik hər hansı məlumat verilməyib.