İstanbulun Kadıköy rayonundakı evində 35 yaşında həyatını itirən türkiyəli aktrisa Ece İrtemin ölümü ilə bağlı yeni məlumatlar ortaya çıxıb.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, polisə verdiyi ifadəyə çatan mərhumun anası Nuriye İrtem qızının həmin gecə həddindən artıq spirtli içki qəbul etdiyini, güclü antidepresan dərmanlardan istifadə etdiyini və onu öz əlləri ilə yatağa uzatdığını bildirib.
“Kızılcık Şerbeti” serialında Işıl obrazını canlandıran Ece İrtemin doğum günündən cəmi bir gün sonra gözlənilmədən vəfat etməsi Türkiyədə böyük kədərə səbəb olmuşdu.