ABŞ prezidenti Donald Tramp Fransada keçirilən G7 sammitində jurnalistlərə bildirib ki, Hörmüz boğazı cümə gününə qədər açılacaq və sülh müqaviləsinin tam mətni "rəsmi şəraitdə" bəyan ediləcək.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Tramp razılaşmanın ikinci mərhələsinin tez bir zamanda baş tutacağını gözlədiyini bildirib.
O əlavə edib ki, anlaşma memorandumunun əsas nəticəsi İranın heç vaxt nüvə silahına sahib olmayacağı və razılaşmanı bir neçə gün ərzində müzakirə edəcəyidir.