logo
logo logo
logo

Epşteyn işi ilə bağlı məxfi ifadə sızdı - Kimlər olduğu üzə çıxdı

12:07 - 24 İyun 2026

Epşteyn işi ilə bağlı məxfi ifadə sızdı - Kimlər olduğu üzə çıxdı

ABŞ-li milyarder və “Microsoft”un həmtəsisçisi Bill Qeytsin iyunun 10-da ABŞ Nümayəndələr Palatasının Nəzarət Komitəsinə verdiyi ifadənin detalları üzə çıxıb.


Manset.az-ın xarici mediaya istinadən məlumata görə, Qeyts pedofiliya cinayətlərinə görə məhkum olunmuş Ceffri Epşteynlə bağlı sənədlərdə yer alan bəzi fotoşəkillər və elektron məktublar barədə komitəyə məlumat verib.

Dərc olunan stenoqramlara əsasən, Qeyts ABŞ Ədliyyə Nazirliyinin daha əvvəl açıqladığı, lakin kimlikləri gizli saxlanılan bəzi qadınların adlarını ilk dəfə açıqlayıb. O bildirib ki, Epşteyn həmin şəxslər vasitəsilə ona təzyiq göstərməyə çalışıb.

Qeyts həmin dövrdə münasibətdə olduğu iki qadının Rusiya vətəndaşı olduğunu deyib. Onlardan birinin bric oyunçusu Mila Antonova, digərinin isə nüvə alimi Karima Niqmatulina olduğu qeyd edilir.

İddiaların əsasında 2013-cü il iyulun 18-nə aid elektron məktub dayanır. Həmin məktubun Qeytsin elmi müşaviri Boris Nikoliç üçün hazırlandığı bildirilir. Məktubda Qeytsin şəxsi münasibətləri ilə bağlı bəzi detallar, eləcə də Epşteynin onunla yenidən əlaqə qurmağa çalışdığına dair məqamlar yer alıb.

Bill Qeyts isə açıqlamasında Epşteynin ona qarşı birbaşa şantaj etmədiyini bildirib. Bununla belə, o, sənədlərin Epşteynin belə bir addımı nəzərdən keçirmiş ola biləcəyini göstərdiyini vurğulayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az