Türkiyənin Kahramanmaraş şəhərində yaşayış binasında güclü yanğın baş verib.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, yanğın nəticəsində ilkin məlumata əsasən 3 nəfər həlak olub.
Hadisə Onikişubat rayonunun Boğaziçi məhəlləsində yerləşən binada qeydə alınıb. Yanğın barədə məlumat daxil olduqdan sonra əraziyə çoxsaylı yanğından mühafizə briqadaları cəlb edilib.
Xilasedicilərin operativ müdaxiləsi nəticəsində alov qısa müddətdə nəzarət altına alınıb.
İlkin məlumata görə, yanğın zamanı əlilliyi olan 3 nəfər həyatını itirib. Tüstüdən zəhərlənən daha 2 nəfər xəstəxanaya yerləşdirilib və onların müalicəsi davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.