logo
logo logo
logo

Zelenski Rusiyaya qarşı 40 günlük xüsusi əməliyyatı təsdiqlədi

21:52 - 25 İyun 2026

Zelenski Rusiyaya qarşı 40 günlük xüsusi əməliyyatı təsdiqlədi

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanı müharibəni dayandırmağa məcbur etmək məqsədilə Təhlükəsizlik Xidmətinin (SBU) 40 günlük xüsusi əməliyyat planını təsdiqləyib.


Manset.az xəbər verir ki, bu barədə Zelenski Facebook hesabında paylaşım edib.

Ukrayna lideri bildirib ki, SBU-nun xüsusi təyinatlı "Alfa" Mərkəzinin cəbhədəki fəaliyyəti, uzaqmənzilli və orta mənzilli zərbə planları, eləcə də xidmətin əldə etdiyi nəticələr barədə general-mayor Yevgeni Xmara ona məruzə edib.

"Aqressor dövlətə təsir göstərmək və onu müharibəni dayandırmağa sövq etmək məqsədilə 40 günlük əməliyyatı təsdiqlədim", - deyə Zelenski vurğulayıb.

Prezident qeyd edib ki, SBU artıq bir neçə aydır müxtəlif tipli pilotsuz uçuş aparatlarından istifadə etməklə cəbhədə Ukraynanın mövqelərinin müdafiəsində ən yüksək nəticələri nümayiş etdirir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az