logo
logo logo
logo

"Ərəb ölkələri İrandan kompensasiya tələb edir" - Rubio

23:54 - 25 İyun 2026

\"Ərəb ölkələri İrandan kompensasiya tələb edir\" - Rubio

ABŞ dövlət katibi Marko Rubio ərəb ölkələrinin İranın endirdiyi zərbələrə görə kompensasiya tələb etdiyini bildirib.


Manset.az xəbər verir ki, Rubio bu barədə Bəhreynin paytaxtı Manamada jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, məsələ Körfəz Əməkdaşlıq Şurası ölkələrinin xarici işlər nazirləri ilə keçirilən görüşdə müzakirə olunub.

"Onlar yenidənqurma üçün maliyyə istəyirlər. Zərər görüblər və bunun əvəzinin ödənilməsini tələb edirlər", - deyə Rubio bildirib.

O qeyd edib ki, bu məsələ ABŞ və İran arasında memorandum üzrə gələcək danışıqlarda gündəmə gətirilə bilər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az