logo
logo logo
logo

Netanyahu Trampla fikir ayrılıqlarının olduğunu etiraf etdi

23:58 - 07 İyul 2026

Netanyahu Trampla fikir ayrılıqlarının olduğunu etiraf etdi

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampla müəyyən məsələlərdə fikir ayrılıqlarının olduğunu etiraf edib.


Manset.az-ın CNN-ə istinadən məlumatına görə, Netanyahu müsahibəsində bildirib ki, tərəflər arasında zaman-zaman fikir ayrılığı yaranır.

    “Bəli, aramızda vaxtaşırı fikir ayrılıqları olub. O, ABŞ prezidentidir və ABŞ üçün ən doğru hesab etdiyi qərarları verir. Mən isə İsrailin Baş naziri kimi ölkəm üçün vacib və faydalı olan addımları atıram”, – deyə Netanyahu vurğulayıb.

    Bununla belə, o qeyd edib ki, əksər hallarda ABŞ və İsrailin maraqları üst-üstə düşür.

    “Əsas məsələlərdə mövqelərimiz eynidir. Bəzən fikir ayrılığı olsa da, biz əsl müttəfiqlərik”, – deyə İsrailin Baş naziri əlavə edib.


    Bizi Facebook-da izləyin
    Yeniliklərdən xəbərdar olun
    Keçid et

    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az