logo
logo logo
logo

"Şantaj dövrü sona çatdı, boyun əyməyəcəyik" - İran rəsmisi

09:57 - 08 İyul 2026

\"Şantaj dövrü sona çatdı, boyun əyməyəcəyik\" - İran rəsmisi

ABŞ-nin İrana qarşı son hücumlarından sonra Tehran administrasiyası Vaşinqtona növbəti sərt mesajını verib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf sosial şəbəkə hesabında paylaşdığı açıqlamada ABŞ-ni İranla əldə olunmuş anlaşma memorandumunun müddəalarını bir sıra istiqamətlər üzrə pozmaqda ittiham edib.

Onun sözlərinə görə, bu pozuntulara Hörmüz boğazında İranın müəyyən etdiyi qaydalara əməl olunmaması, davamlı xarakter alan yeni hücum təhdidləri, neft sanksiyalarının yenidən tətbiq edilməsi, İranın cənub bölgələrinə endirilən zərbələr və Livana qarşı İsrailin davam edən hərbi əməliyyatları daxildir.

İranın bu addımlara səssiz qalmayacağını vurğulayan Qalibaf bildirib: "Təzyiq və şantaj dövrü başa çatıb. Bu yolla heç bir nəticə əldə etmək mümkün deyil. Biz təslim olmayacağıq".

Bununla yanaşı, İran İslam İnqilabı Keşikçiləri Korpusunun "Xatəmül-Ənbiya" Mərkəzi Qərargahı ABŞ-nin İrandakı hərbi hədəflərə yenidən zərbələr endirməsini açıq təcavüz aktı kimi qiymətləndirərək hücumları qətiyyətlə pisləyib.

Qərargahın yaydığı bəyanatda ABŞ-nin təcavüzkar addımlarına sarsıdıcı cavab veriləcəyi bildirilib. Eyni zamanda vurğulanıb ki, İran Hörmüz boğazının idarə olunmasına istənilən xarici müdaxilənin qarşısını alacaq.

Bəyanatda qeyd olunub ki, Hörmüz boğazından keçən ticarət gəmiləri və neft tankerləri üçün yeganə təhlükəsiz marşrut İranın müəyyən etdiyi hərəkət xəttidir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az