Çinin şimal-qərbində yerləşən Qansu əyalətinin Longnan şəhərinin Nanhe rayonunda baş verən torpaq sürüşməsi nəticəsində 21 nəfər həyatını itirib.
Manset.az-ın xarici mediaya istiadən əldə etdiyi məlumata görə, səlahiyyətli qurumlar ötən gün baş vermiş və 33 nəfərin torpaq altında qaldığı torpaq sürüşməsi ilə bağlı açıqlama yayıblar.
Məlumata əsasən, torpaq altında qalanlardan 21 nəfər həlak olub, 7 nəfər yüngül xəsarət alıb, 5 nəfər isə xilas edilib.
Səlahiyyətli qurumlar həmçinin bildiriblər ki, ərazidə aparılan axtarış-xilasetmə əməliyyatı başa çatdırılıb.
Hadisədən sonra təbii fəlakətdən zərər çəkmiş kəndlərin sakinləri təhlükəsiz ərazilərə təxliyə olunublar.