logo
logo logo
logo

"Biz Xameneinin öldürülməsi ehtimalını diqqətə almışdıq" - FOTO

17:10 - 19 İyul 2026

\"Biz Xameneinin öldürülməsi ehtimalını diqqətə almışdıq\" - FOTO

İranın xarici işlər naziri Abbas Əraqçı bildirib ki, müharibədən əvvəl bütün mümkün ssenarilər, o cümlədən ölkənin ali rəhbəri Əli Xameneinin öldürülməsi ehtimalı nəzərdən keçirilmişdi.


Manset.az bu barədə Azad İran Telegram kanalına istinadən xəbər verir.

Onun sözlərinə görə, bu ehtimal üçün də əvvəlcədən fəaliyyət planı hazırlanmışdı və buna görə də belə bir vəziyyət baş versəydi, İran rəhbərliyi dərhal reaksiya verməyə hazır idi:

"Bütün ssenarilər müharibədən əvvəl nəzərdən keçirildi, hətta liderin öldürüləcəyi təqdirdə nə edəcəyimiz barədə planımız var idi. Buna görə də heç təəccüblənmədik və hər şeyə hazır idik".

Nazir əlavə edib ki, Ali Milli Təhlükəsizlik Şurasının iclaslarında ali liderin öldürülməsi ehtimalını birbaşa ifadə etmək çətin olduğundan bunun üçün "110 kodu" istifadə olunurdu və iclas iştirakçıları bu kodun mənasını bilirdilər.




Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az