logo
logo logo
logo

"Netanyahu İranı parçalamaq istəyir" - Əraqçi

18:02 - 19 İyul 2026

\"Netanyahu İranı parçalamaq istəyir\" - Əraqçi

İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, İsrailin Baş naziri Benyamin Netanyahu İslam Respublikasını məhv etmək istəyir.


Manset.az xəbər verir ki, o bunu müsahibəsində deyib.

"Netanyahu bildirib ki, yarımçıq qalmış bir iş var və bu, İslam Respublikasının məhv edilməsidir", - Əraqçi vurğulayıb.

Onun sözlərinə görə, Netanyahu bu səbəbdən ABŞ Prezidenti Donald Trampı İranla müharibəyə yönəldib:

"Düşmən qeyd-şərtsiz təslim olma tələbi ilə başlayıb və son nəticədə İranla memorandum imzalayıb. Yəni İran ABŞ qarşısında mövqeyini qoruyub və bu ölkəni İslam Respublikasının suverenliyinə hörmət etməyə məcbur edib".


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az