logo
logo logo
logo

ABŞ-nin İrana zərbələrində dəhşətli statistika

20:00 - 19 İyul 2026

ABŞ-nin İrana zərbələrində dəhşətli statistika

ABŞ-nin həyata keçirdiyi hava zərbələri nəticəsində 50-dən çox insan həlak olub, 517 nəfər isə yaralanıb.


Manset.az xəbər verir ki, bununla bağlı İran İslam Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hüseyn Kermanpur “X” hesabında məlumat yayıb.

Onun sözlərinə görə, yaralananlar arasında 35 qadın və yaşı 19-dan aşağı olan 19 nəfər var. Həlak olanlar arasında isə 5 qadın və 2 azyaşlı yeniyetmə var.

Qeyd edək ki, təxminən 10 gün öncədən ABŞ və İran arasında gərginlik yenidən başlayıb. Pakistanın vasitəçiliyi ilə əldə olunan razılaşmaya baxmayaraq, tərəflər qarşılıqlı hücumları davam etdirirlər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az