logo
logo logo
logo

"Hazırkı danışıqlar İran üçün son şansdır" - Tramp

23:52 - 03 Avqust 2026

\"Hazırkı danışıqlar İran üçün son şansdır\" - Tramp

ABŞ Prezidenti Donald Tramp hazırda İranla danışıqların davam etdiyini bildirib.


Manset.az Report-a istinadən xəbər verir ki, o bunu Ağ Evdə məsləhətləşmələrin gedişatı ilə bağlı sualı cavablandırarkən deyib.

"Bu, təəccüblüdür. Bu dəfə onlar bunu inkar etmirlər. Amma nədənsə, danışıqlar apararkən danışıqlar apardıqları barədə danışmaq onların xoşuna gəlmir", - Tramp qeyd edib.

Onun sözlərinə görə, ABŞ və İran avqustun 4-dək Hörmüz boğazında normal gəmiçiliyin bərpasını müzakirə edir. Tramp bir daha vurğulayıb ki, Vaşinqton Tehranın gəmilərin Hörmüzdən keçidi üçün rüsum almasına imkan verməyəcək.

O həmçinin qeyd edib ki, tərəflərin hazırkı danışıqları Tehran üçün "son şans"dır. Amerika lideri vurğulayıb ki, danışıqlar İranın xahişi, Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər və digər ölkələrin dəstəyi ilə aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az