logo
logo logo
logo

Şayiələr ailə faciəsinə səbəb oldu - Qayınını və arvadını güllələdi

13:56 - 11 Avqust 2026

Şayiələr ailə faciəsinə səbəb oldu - Qayınını və arvadını güllələdi

Türkiyənin Bursa şəhərində 36 yaşlı kişi qısqanclıq zəminində qaynını və arvadını öldürüb. 


Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, arvadının qayını ilə münasibətdə olduğu barədə şayiə gəzdiyindən şübhələnərək əvvəlcə qayınını, sonra isə arvadını güllələyərək öldürən İsmayıl M. qətllərdən sonra saxlanılıb.

Əldə edilən məlumata görə, hadisə saat 10:00 radələrində Yıldırım rayonunun Vakıf məhəlləsində baş verib.

İsmayıl M. əvvəlcə qayını 56 yaşlı Yavuz Yılmaza küçənin ortasında səkkiz dəfə atəş açaraq öldürüb. Daha sonra evə gedərək həyat yoldaşı 27 yaşlı Canan M.-ni tapança ilə öldürüb.

Şübhəli İsmayıl M. hadisədə istifadə etdiyi şəxslə birlikdə jandarma qrupları tərəfindən nəzarətə alınıb. Hadisə yerində təhlükəsizlik tədbirləri görülüb və şübhəlinin ifadəsi alındıqdan sonra ədliyyəyə göndəriləcəyi bildirilib. 

Canan M. və Yavuz Yılmazın cəsədləri yarılma üçün morqa göndərilib.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az