Konqo Demokratik Respublikasında Ebola epidemiyası genişlənməkdə davam edir.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, son bir ay ərzində ölüm hallarının iki dəfə artması virusun yayılma sürəti ilə bağlı narahatlığı artırıb.
Ölkənin İctimai Səhiyyə İnstitutunun son məlumatlarına görə, Ebola virusu səbəbindən həyatını itirənlərin sayı 2 011 nəfərə çatıb.
Ölkənin beş müxtəlif bölgəsində ümumilikdə 4 381 təsdiqlənmiş Ebola yoluxması qeydə alınıb.
Bildirilir ki, epidemiyanın gec aşkarlanması, silahlı qarşıdurmaların davam etdiyi bölgələrdə təhlükəsizlik problemlərinin mövcudluğu və səhiyyə xidmətlərinin yetərli olmaması virusun əvvəlki Ebola epidemiyaları ilə müqayisədə daha sürətlə yayılmasına səbəb olur.